"Mançester Yunayted" braziliyalı hücumçu üçün 80 milyon avro ödəməyə hazırdır

20:33 - 28 Mart 2025

"Vulverhempton"un hücumçusu Mateus Kunya Premyer Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Mançester Yunayted" Kunya üçün yayda onun klubuna təklif göndərəcək. "Mançester Yunayted" 25 yaşlı forvard üçün 80 milyon avro ödəməyə hazırdır. Futbolçu ilə "Arsenal" da yaxından maraqlanır.

Qeyd edək ki, "Vulverhempton" Mateus Kunyanı 2023-cü ilin yanvar ayında "Atletiko"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 15 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti