Premyer Liqaya vəsiqə qazanan klub transfer çalışmalarına başladı - yığmamızın sabiq üzvünü istəyirlər

16:13 - 12 May 2025

Yeni mövsümdən Misli Premyer Liqasında mübarizə aparacaq "Karvan" artıq transfer çalışmalarına start verib.

Sportal.az saytına verilən məlumata görə, Yevlax təmsilçisi U-19 yığmamızın sabiq üzvü Emin Zamanovu heyətinə qatmaq niyyətindədir.

"Karvan" hazırda "Şəfa"nın formasını geyinən yarımmüdafiəçi üçün müəyyən addımlar atılıb.

Premyer Liqaya qayıdan bölgə təmsilçisi Zamanovun keçidini mövsüm başa çatan kimi həll etməyi planlaşdırır. 

Xəbər xətti