"Real" "Liverpul"un müdafiəçisi ilə bağlı transfer planı

17:51 - 13 May 2025

"Liverpul"un müdafiəçisi İbrahima Konate karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Real" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Relevo" nəşri məlumat yayıb.

"Kral klubu" Konateni yayda heyətinə qatmağa çalışacaq. Bu il transfer baş tutmasa, "Real" növbəti ili gözləyəcək. Madrid nəhəngi 2026-cı ilin yayında klubu ilə müqaviləsi başa çatan 25 yaşlı mərkəz müdafiəçisini azad agent statusu ilə heyətinə cəlb edə biləcək.

Qeyd edək ki, "Liverpul" İbrahima Konateni 2021-ci ildə "Leypziq"dən transfer edib. Fransa millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti