"Mançester Siti" "Barselona"nın futbolçusunu transfer etmək istəyir

19:50 - 13 May 2025

"Barselona"nın futbolçusu Dani Olmo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Siti" ispaniyalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Relevo" nəşri məlumat yayıb.

Premyer Liqa nəhənginin baş məşqçisi Pep Qvardiola həmyerlisinin xidmətində maraqlıdır. "Mançester Siti" yayda 27 yaşlı oyunçu üçün onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Barselona" Dani Olmonu mövsümün əvvəlində "Leypziq"dən transfer edib. İspaniya millisinin üzvü Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti