İtaliya kubokunun final matçı baş tutub.
Sportal.az xəbər verir ki, həlledici görüşdə "Milan" "Bolonya" ilə qarşılaşıb.
"Rossonyerlər" bu matçda rəqibinə uduzub. "Bolonya" 51 ildən sonra titul qazanıb. Sonuncu dəfə bu komanda 1973/1974 sezonunda kubokun sahibi olmuşdu.
İtaliya kuboku
"Milan" - "Bolonya" 0:1
Qol:Ndoye 53