İspaniya millisinin üzvü Premyer Liqa klubunda

19:51 - 5 İyun 2025

İngiltərənin "Nyukasl" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Malaqa" ilə müqaviləsi başa çatan Antonio Korderonu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniya U-21 millisinin üzvü ilə imzalanan müqavilənin detalları barədə məlumat verməyib. 18 yaşlı futbolçu 1 iyul tarixində yeni komandasına qoşulacaq.

Qeyd edək ki, Antonio Kordero ötən mövsüm "Malaqa"nın heyətində meydana çıxdığı 40 rəsmi matçda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti