"Çelsi"ni "Arsenal"a dəyişəcək

20:36 - 7 İyun 2025

"Çelsi"nin qapıçısı Kepa Arrisabalaqa Premyer Liqada klubunu dəyişəcək.

Sportal.az xəbər verir ki, "Arsenal" ispan qolkiperi heyətinə qatmağa yaxındır. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Artıq klublar arasında anlaşma əldə olunub. "Arsenal" 30 yaşlı "əlcək sahibi" üçün "Çelsi"yə 5 milyon funt-sterlinq təzminat ödəyəcək.

Qeyd edək ki, Kepa Arrisabalaqa ötən mövsüm icarə əsasında "Bornmut"da çıxış edib. İspaniya millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində 35 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti