"Qarabağ"ın futbolçusu Belçika klubunun hədəfində

19:30 - 9 İyun 2025

"Qarabağ"ın əsas futbolçularından biri Toral Bayramovun çıxışı Belçika klubunun diqqət mərkəzindədir.

Sportal.az Pressing.az-a istinadən xəbər verir ki, 24 yaşlı sol cinah müdafiəçisi ilə sözügedən ölkənin tanınmış klublarından olan "Standart" maraqlanır.

Pro Liqa təmsilçisi Toralı yaxından izləyir və onu yayda sıralarına qatmaq üçün Ağdam klubuna təklif göndərməyə hazırlaşır.

Bayramovun yayda "Qarabağ"dan ayrılmaq ehtimalı Avropadan ard-arda gələn təkliflərdən sonra artıb.

Qeyd edək ki, millimizin üzvünün ağdamlılarla 2026-cı ilin iyununadək müqaviləsi var.

Xəbər xətti