“Monako” heyətinə daha bir rus futbolçunu qata bilər.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, söhbət Leçi Sadullayevdən gedir.
Knyazlıq təmsilçisi “Axmat”ın 25 yaşlı futbolçusunu artıq bir mövsümdür ki, yaxından izləyir. “Monako” Sadullayev üçün “Axmat”la ilkin danışıqlara başlayıb. Onun keçidinin baş tutub-tutmayacağı isə yaxın vaxtlarda dəqiqləşəcək.
“Axmat”ın yetirməsi olan Leçi 2018-ci ildən əsas komandada oynayır. Yarımmüdafiəçi 106 matça 9 qol vurub. Rusiya millisinin də üzvü olan futbolçunun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. Əlavə edək ki, hazırda "Monako"da Rusiya millisinin digər futbolçusu Aleksandr Qolovin çıxış edir.