Azərbaycanlı futbolçu Vüsal İsgəndərli "Boluspor"dan ayrılıb.
Sportal.az saytına açıqlama verən yarımmüdafiəçi Türkiyə klubundan ayrılsa da, legioner həyatı yaşamağa davam etmək istədiyini bildirib:
"Doğrudur, "Boluspor"la müqaviləm qüvvədədir. Amma danışırıq. Yəqin ki, böyük ehtimalla "Boluspor"da qalmayacam. Belə alındı. Amma legioner həyatı yaşamaq niyyətindəyəm. Böyük ehtimalla elə xaricdə qalacam. Çünki təkliflərim var. Onları dəyərləndirəcəm. Yeni mövsümdə də xaricdə oynamaq niyyətindəyəm. "Boluspor"da yaxşı təcrübə keçdim. Bu da mənim üçün yaxşı idi. Xaricdə qalmağa, buralarda oynamağa üstünlük verirəm".
saytlarin hazirlanmasi