"Araz-Naxçıvan"ın rəqibi yenə məğlub oldu

00:29 - 6 İyul 2025

"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Yunanıstanın "Aris" komandası ikinci yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, rəqib Belçika "Anderlext"i ilə qarşılaşan "Aris" 0:1 hesabı ilə məğlub olub.

Yunanıstan təmsilçisi ilk yoxlama matçında Şotlandiya "Livinqston"una uduzub - 1:3.

Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.

Xəbər xətti