İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, La Liqa nəhəginin qapıçısı Tibu Kurtua sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ölkə çempionatının 12-ci turunun "Rayo Valyeekano" ilə matçından (0:0) sonra Kurtuanın ayaq əzələsində zədə aşkarlanıb. 33 yaşlı qolkiper Belçika milli komandasının düşərgəsinə qoşulmayacaq.
Qeyd edək ki, Tibo Kurtua bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə 22 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
