"Qarabağ"la matçda zədələnən futbolçu 1 ay oynamayacaq

19:53 - 10 Noyabr 2025

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunun "Qarabağ"la oyununda zədələnən Romeo Lavianın durumuna aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, "Çelsi"nin yarımmüdafiəçisinin ayaq əzələsində zədə aşkarlanıb. Belçikalı futbolçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Romeo Lavia bu mövsüm London təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" qarşılaşması 2:2 hesablı bərabərliklə başa çatıb.

Xəbər xətti