Daha öncə qeyd etdiyimiz kimi, Türkiyə Futbol Federasiyası mərc oyunlarında iştirak edən futbolçuların siyahısını açıqlayıb. Siyahıdə 1024 futbolçu yer alıb.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin və Türkiyə Birinci Liqasında çıxış edən "Sivasspor"un şərəfini qoruyan Mert Çelik də siyahıda yer alıb. Haqqında cinayət işi açılan futbolçuların 3 aydan 1 ilə qədər cəza alması gözlənilir. Həmçinin onlar istintaq başa çatana qədər futboldan uzaqlaşdırılıb.
Qeyd edək ki, U-19 və U-21 millimizdə forma geyinmiş və hazırda "Ümraniyespor"da çıxış edən Emre Kaplanın da adı həmin siyahıda var.
saytlarin hazirlanmasi
