"Qarabağ"ın belçikalı müdafiəçisi Sami Mmae Sportal.az saytına açıqlamasında Misli Premyer Liqasının 11-ci turunda "Neftçi" üzərində 2:0 hesablı qələbəni şərh edib.
Ağdam klubunun futbolçusu Azərbaycan derbisi zamanı yaşanmış atmosferi də bəyəndiyini açıqlayıb:
"Yaxşı oyun keçirdik. Daha çox topa sahib idik, daha çox təzyiq göstərdik. Qələbəyə layiq olduğumuzu düşünürəm. Matçdakı atmosferi bəyəndim. Stadion dolu idi və bu, həmişə xoşdur. Hər oyunda belə bir atmosfer görmək istəyərdim. Vacib qələbə qazandıq, amma rahatlaşa bilmərik. Liqada bizə başağrısı verə biləcək çoxlu komanda var. Premyer Liqada güclü heyətə malik çox sayda yaxşı komanda var. Bundan əlavə, bütün komandalar bizə qarşı yaxşı oynamaq istəyir".
Mirbağırağa
