Ronaldodan gələcəyi ilə bağlı açıqlama

19:30 - 11 Noyabr 2025

“Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2026-cı ildə keçiriləcək növbəti dünya çempionatı barədə fikirlərini bölüşüb.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 40 yaşlı futbolçu DÇ-2026-nın onun üçün sonuncu mundial olacağını bildirib:

“Bu, mənim son mundialım olacaqmı? Əlbəttə, çünki turnir vaxtı mənim 41 yaşım olacaq. Sadəcə, bu anın dadını çıxarmaq istəyirəm”.

Qeyd edək ki, dünya çempionatı Şimali Amerikada keçiriləcək. Turnirə ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. Ronaldo Portuqaliya millisinin heyətində 225 oyun keçirib, 143 qol vurub və 46 məhsuldar ötürmə edib. O, 2003-cü ilin yayından bəri yığmada çıxış edir.

Xəbər xətti