"Kəpəz"in legioneri əməliyyat olundu - FOTO

21:25 - 11 Noyabr 2025

"Kəpəz"in “Sabah”la oyunda zədələnən futbolçusu Mahamadu Ba çiynindən əməliyyat keçirib.

Sportal.az xəbər verir ki, müayinələr nəticəsində 26 yaşlı yarımmüdafiəçinin çiynində iki bağın qırıldığı müəyyən edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əməliyyat uğurla başa çatıb, Banın 2-3 həftə ərzində məşqlərə başlaması gözlənilir.

Qeyd edək ki, Mahamadu Ba bu mövsüm "Kəpəz"in heyətində meydana çıxdığı 10 oyunda 1 qol ötürməsi ilə yadda qalıb.


Xəbər xətti