Frenki de Yonq hesab edir ki, öz dəyərini göstərmək üçün mütləq İngiltərə Premyer Liqasında oynamaq vacib deyil.
Sportal.az xəbər verir ki, "Barselona"nın futbolçusu öz açıqlamasında maraqlı çıxışı ilə yadda qalıb:
“Həmişə mənimlə maraqlanan komandalar olub, amma mən heç vaxt belə variantları nəzərdən keçirməmişəm. Özümü dəyərli və vacib oyunçu hiss edirəm, ailəm isə Barselonada çox yaxşı yaşayır, biz tamamilə inteqrasiya olmuşuq.
Dəyərimi göstərmək üçün Premyer Liqa-ya keçməliyəm? Düşünmürəm. Təkliflər olub, amma mən "Barselona"da xoşbəxtəm. İngiltərə Premyer Liqası indi şübhəsiz ki, dünyanın ən yaxşı liqasıdır, necə ki, on il əvvəl La Liqa belə idi. Amma bu o demək deyil ki, böyük oyunçu olduğunu göstərmək üçün ora getməlisən. Uşaqlığımdan arzum "Barselona" idi".
saytlarin hazirlanmasi
