Dayo Upamekano və İbrahima Konate müdafiəni gücləndirməyi planlaşdıran "Real"ın əsas hədəfləridir.
Sportal.az xəbər verir ki, "Cadena SER"in məlumatına görə, "Bavariya"nın müdafiəçisi daha güclü namizəd hesab olunur, lakin "Liverpul" futbolçusu ilə razılıq əldə etmək daha asan ola bilər.
Problemin kökündə Upamekanonun agenti Mussa Sissokonun tələbləri dayanır. Narahatlıq var ki, o, sadəcə Dayo üçün daha yüksək maaş qazanmağa çalışır və "Bavariya"ya digər klublardan gələn təkliflərlə təzyiq göstərir.
Qeyd edək ki, "Real"ın prezidenti Florentino Peres vəziyyəti diqqətlə izləyir.
saytlarin hazirlanmasi
