"Panikaya düşməyin vaxtı deyil, bundan dərs çıxaracağıq"

10:55 - 27 Noyabr 2025

"Bavariya"nın hücumçusu Harri Keyn Çempionlar Liqasının 5-ci turunda komandasının “Arsenal”a 3:1 hesabı ilə məğlubiyyətini şərh edib.

Sportal.az xəbər verir ki, "BBC"ə danışan ingilis hücumçu komandasının Londondakı uğursuz nəticəsinə bu cür münasibət bildirib:

"Çətin oyun idi, gözlədiyimiz də oldu. İlk hissə yaxşı mübarizə getdi və oyun kifayət qədər bərabər səviyyədə alındı. İkinci hissədə eyni enerji və intensivliyimiz yox idi, çoxlu duelləri uduzduq. Bu, mövsümün ilk məğlubiyyətimizdir. Buna görə panikaya düşməməliyik, amma mütləq bundan dərs çıxaracağıq. “Arsenal” birinci və ikinci topları qazandılar. Standart vəziyyətlərdə təhlükəli olduqlarını da bilirdik. Əminəm ki, Çempionlar Liqasının sonrakı mərhələlərində yenidən "Arsenal"la qarşılaşacağıq. Dediyim kimi, indi panikaya düşməyin vaxtı deyil. Biz "Çelsi", PSJ və "Arsenal"a qarşı səfərdə oynadıq. Əksər matçlarda da qalib gəlmişik".

"Arsenal" hazırda Çempionlar Liqasının turnir cədvəlinə 15 xalla başçılıq edir.

Xəbər xətti