Kilian Mbappe ÇL tarixinin ən sürətli het-triklərindən birini “Olimpiakos”la oyunun ilk hissəsində həyata keçirib.Ötən gün “Real” Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turunda səfərdə “Olimpiakos”u 4:3 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Mbappe Madrid klubunun bütün dörd qolunu vurub, onların üçü ilk hissədə – 22-ci, 24-cü və 29-cu dəqiqələrdə qeydə alınıb. “Real”ın hücumçusuna het-trik üçün 6 dəqiqə 42 saniyə kifayət edib – ÇL-də bundan daha sürətli het-triki yalnız Məhəmməd Salah 2022-ci ildə “Reyncers”ə qarşı 6 dəqiqə 13 saniyəyə vurmuşdu.
Bundan əlavə, Mbappenin het-triki matçın əvvəlindən etibarən ÇL tarixində ən sürətlərdən biridir. Ondan daha tez bunu yalnız Robert Levandovski 2022-ci ildə “Bavariya”nın “Zaltsburq”la oyununda və Marko Simone 1996-cı ildə “Milan”ın “Rüzenborq”la matçında bacarmışdı.
saytlarin hazirlanmasi
