"Barselona"nın hücumçusu Robert Levandovski Şimali Amerikadan olan klublardan birinə keçə bilər.
Sportal.az xəbər verir ki, polşalı futbolçunun yay üçün MLS-dən kifayət qədər konkret variantları var. Yerli klublar onu heyətinə qatmağa çalışır, oyunçunun özünü isə ABŞ-a köçmək cəlb edir. Digər mümkün variantlar arasında Səudiyyə Ərəbistanı və ya Avropada daha mürəkkəb bir seçim də var.
37 yaşlı Robertin "Barselona" ilə müqaviləsi iyunun sonunda başa çatır. Hazırda karyeranı başa vurmaq məsələsi gündəmdə deyil.
Qeyd edək ki, bu mövsüm Levandovski La Liqada 15 oyunda meydana çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə verib.
saytlarin hazirlanmasi
