"Mançester Yunayted" "Barselona"ya 40 milyon avro təklif edəcək

21:41 - 18 Fevral 2026

"Barselona"nın müdafiəçisi Alexandro Balde karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" Baldeni yayda heyətinə qatmağa qarışacaq. İngiltərə klubu 22 yaşlı sol cinah müdafiəçisi üçün 40 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, Alexandro Balde "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti