Bu yay Bakıda güləş üzrə iki beynəlxalq turnir keçiriləcək.
Sportal.az xəbər verir ki, avqustun 27-dən 29-dək çimərlik güləşi üzrə mötəbər yarışlar ölkəmizdə təşkil ediləcək. Avqustun 27-də paytaxtda U-17 dünya çempionatı baş tutacaq. Növbəti 2 gündə isə böyüklər arasında Dünya Seriyasının IV mərhələsi reallaşacaq.
Hər iki yarış ölkəmizdə ilk dəfə olacaq. Xatırladaq ki, Bakı iyulun 27-dən avqustun 2-dək sərbəst, qadın və yunan-Roma güləşi üzrə U-17 dünya çempionatına da ev sahibliyi edəcək.
saytlarin hazirlanmasi
