"İnter" millinin müdafiəçisi ilə anlaşdı

10:51 - 11 Aprel 2026

"Sassuolo"nun müdafiəçisi Tarik Muharemoviç İtaliyada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "İnter" bosniya və herseqovinalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

"Göy-qaralar" Muhahemoviçlə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "İnter" 23 yaşlı mərkəz müdafiəçisi üçün onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Sassuolo" Tarik Muharemoviç 2024-cü ilin yayında "Yuventus"dan transfer edib. Bosniya və Herseqovina millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti