"Mən səninlə danışanda, dedim ki, gəlişinə çox sevindim. Azərbaycanda və Qəbələdə ona uğur arzu edirəm. Şəxsən sən, mənim Petevlə danışıb, ona mənim bu qədər çox sevdiyim Azərbaycan, onun əsas komandalarından biri olan "Qəbələ" haqqında mənfi fikir deyərəm? Mən əclaf deyiləm. Petevin Qəbələdən imtina edib, hətta telefona cavab verməməsinin bir səbəbi var və mən bunun üstündə dururam: Petevin AEL komandası ilə müqaviləsi var idi və komanda rəhbərliyi o qədər ağılsız deyil ki, Petevi rahat buraxsın. Onlar müqaviləni ləğv etmək üçün kifayət qədər xeyli məbləğ tələb edib. Bunu görən Petev də yeni müqavilə imzalayıb. Bax belə. Heç kim mənim adımı bu kimi axmaq düşüncələrində hallandırmasın”.