"Başa çatan mövsümün ən uğursuz komandaları "Xəzər-Lənkəran" və "Bakı" oldu" VİDEO

11:00 - 13 İyun 2014

"Arena"nın növbəti buraxılışı
 
“İnterAz” televiziyasında “Arena” verilişinin növbəti buraxılışı efirə yayımlanıb.

Sportal.az xəbər verir ki, verilişdə qonaq qismində millinin məşqçisi Mahmud Qurbanov və “Salamnews”İA-nin baş redaktoru Əsgər İbrahimov olub. Veriliş ərzində Mahmud Qurbanov başa çatan çempionat oyunlarından danışıb. “İnter”in çempionatın əvvələrində zəif oynadığını bildirib. Məşqçi “Neftçi” haqqında danışaraq ötənilki komanda olmadığını və zəif oyun nümayiş etdirdiyini dilə gətirdi :


“Neftçi” bu dəfə zəiflik göstərdi, amma bəzi oyunlar oldu ki, “Neftçi” adına layiq oyun göstərdi.  Bununla belə, mövsüm ərzində tam uğurlu oyunlar keçirmədi”.

Mahmud Qurbanov sonra millinin ABŞ-la keçirdiyi yoldaşlıq oyunundan da danışıb. Əsgər İbrahimov isə millinin oyunlarında irəliləyişin olduğunu diqqətə çatdıraraq ABŞ-a oyunda yaxşı təsir bağışladıqlarını da deyib. Ardıyca verilişdə Braziliyada keçiriləcək dünya çempionatı ilə bağlı fikir mübadiləsi aparılıb. Əsgər İbrahimov bu çempionatda sürprizlərin bol olacağını vurğulayıb və favoritlərini açıqlayıb.

Xəbər xətti