Elə bil, anası braziliyalı olub, yapona ərə gedib
Dünyanın bütün diqqəti Braziliyada keçirilən mundiala yönəlib. Artıq ilk gözlənilməz nəticə də qeydə alınıb. İspaniya Hollandiyaya biabırçı şəkildə məğlub olub. DÇ gündəliyində iki oyun günündə baş verən hadisələrə sözardı hazırlamışıq.
İspaniya – Hollandiya 1:5
Bu oyunda Robben şou göstərdi, Pikeni, Kasilyası və “Ballon Dor” alsın dedikləri Ramosa meydanı “süpürtdürdü”. Oyunun adamı Robben idi, fikrimcə. Van Persi də əla idi. Amma vurduğu qollarda birində 50 faiz, ikincisində isə 99 faiz. Kasilyas “qəhrəmanlıq” göstərdi. Kasilyasın oyun praktikası olmadığı üçün adamı qınaya bilmirəm. Hollandiya həmişə turnirlərə belə başlayır, sonra “sönür”. Amma Robben, Van Persi, Sneyder elə yaşdadılar ki, onlara nəsə izah etməyə dəyməz.
Braziliya - Xorvatiya 3:1
Corluka demiş, kuboku verin Braziliyaya qalan bütün komandalar getsin! Bu qədər də yox da. Oyunda 20 dəfə Xorvatlar, 6 dəfə Braziliya qayda pozub!? Xorvatiya futbolçularını meydanda döyürdülər hakim fit çalmırdı, futbolçu sanki ölməli idiki hakim fit çalsın, ağ eləmişdi, penal olanda da elə sevindi ki, elə bil, anası braziliyalı olub, yapona ərə gedib. Skolari isə taktik dəyişiklikləri ilə təəccübləndirdi. Neymarı LW , Halk RW, Oscar isə SS gözləyirdim.Amma Oskarı sağda, Halk solda yer aldı. Sərbəst oyunçu kimi isə Neymar oynadı. Bu daha yaxşı variant idi, pis görsənmirdi. Sadəcə Fred və Halk oynamırdı. Braziliya Xorvatiya ilə 9 nəfərlə oynadı.
Meksika - Kamerun 1:0
Kamerunun 3 oyunu yola verib gedəcəkləri ortada, pulları verilməyən futbolçulardan bundan artıq nəsə gözləməyə dəyməz. Meksika yaxşı komandadır, Xorvatiya ilə oyunu maraqlı keçəcək.Markesin 35 yaşı olsa da, ancaq bir müdafiəçi öz komandasının oyununu belə qura bilər, Meksikada Markes mənə “brave heart”dəki Mel Gibsonu xatırladır.
Ümumi götürəndə hakimlik bərbad, Rizzolli isə pis deyildi, Rizzolli`nin səhvləri sadəcə həyacandan idi, zarafat deyil, milyardlar baxır və sən də qərar sahibisən, əsas odur ki Yapon hakim kimi özüvə "hörmət" edəsən.
Toğrul NƏZƏRLİ
saytlarin hazirlanmasi