Cavid Hüseynov: "Hələlik heç nə bilinmir"
Son vaxtlar mətbuatda "Bakı"nın futbolçusu Cavid Hüseynovun adı "Xəzər Lənkəran"la hallanır.
Bu məsələyə futbolçunun özü Sportal.az-a açıqlamasında aydınlıq gətirib:
"Hazırki vəziyyətdə "Bakı" ilə müqaviləm var. Qaldı ki təkliflərə, Türkiyə I divizionundan təkliflər var, amma yenidən ora qayıtmaq istəmirəm. Düzdür, adım "Xəzər Lənkəran"la hallanır, amma hələlik heç bir danışıq aparmamışıq. 10 gün sonra komandadaxili iclas olacaq. Gələcək karyeram da bu iclasdan sonra məlum olacaq. Hələlik dəqiq heç nə deyə bilmərəm"
saytlarin hazirlanmasi