AZAL-dan ayrıldı, Ağdam təmsilçisinə keçəcək
Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubu prinsipcə mövsüm ərzində 3-cü transferini də reallaşdırıb.
Sportal.az futbol11.az-a istinadən xəbər verir ki, “Qarabağ” braziliyalı Danilo Dias və 21 yaşlı futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Tərlan Quliyevin ardından AZAL-dan ayrılan Cavid Tağıyevi də böyük ölçüdə heyətinə qatıb.
Onunla 3 illik müqavilə razılaşdırılıb.
Qeyd edək ki, yarımmüdafiəçi Tağıyev Tovuz futbol məktəbinin yetirməsidir.Onun son klubu isə AZAL olub. Perspektivinə böyük ümidlər bəslənilən Tağıyev vaxtilə U-21 millimizdə də çıxış edib.
saytlarin hazirlanmasi