Tağızadə: "Muntyanu haqda internetdən oxumuşam" MÜSAHİBƏ

16:00 - 15 İyun 2014

Ruslan Tağızadə: "Hər şey özümdən asılıdır"
 
"Qəbələ"nin gənc futbolçusu Ruslan Tağızadənin Sportal.az-a müsahibəsi:
 
-    Hazırlıqlarınız necə keçir?
-    Hər şey qaydasındadır, hazırlığımız da yüksək səviyyədə davam edir. Komandada ab-hava da əladır.

-    Bildiyimiz qədər, yeni baş məşqçiniz Dorinel Muntyanu artıq Sloveniyadadır. Futbolçularla görüşü olub?
-    Bəli, baş məşqçimiz burdadır, hələ ki, tanışlıq olmayıb, yəqin ki, bu gün və ya sabah komanda ilə görüşəcək.

-    Ümumiyyətlə, Muntyanu haqqında məlumatın var idi?
-    Yox, onun haqda heç bir məlumatım yox idi, onun haqda  internet vasitəsi ilə oxumuşam. İnanıram ki, “Qəbələ”də də uğurlu çıxışı ilə yadda qalır.

-    Avroliqaya yollanacaq komandaya baş məşqçinin bu qədər gec təyin edilməsi sizlərdə psixoloji olaraq təsir etdi?
-    Ola bilsin ki, baş məşqçinin olmaması komandanın bir az gec bir araya gəlməsinə təsir etdi, amma hazırda hər şey yaxşıdır və daha da yaxşı olacaq.

-    Syominin vaxtında komandanın əsas heyətinin daimi üzvlərindən biri idin. İndi də yerini qoruya biləcəksən?
-    Hər şey özümdən asılıdır. Məşqçinin tapşırıqlarını yerinə yetirsəm, oyunlarda özümü yaxşı tərəfdən göstərə bilsəm, yenə də əsas heyətdə çıxış edəcəyimə inanıram.

-    “Qəbələ”nin Avroliqadakı hədəflərindən danışardın…
-    İlk dəfədir ki, “Qəbələ” aveokuboklarda çıxış edəcək. Əas məqsədimiz bacardığımız qədər mərhələ keçməkdir, bunun üçün də əlimizdən gələni edəcəyik.

Xəbər xətti