DÇ-2014: Argentina və Fransa qalib gəldi, Ekvador məğlub oldu YENİLƏNİB

05:04 - 16 İyun 2014

Daha 3 matç keçiriləcək
 
Mundialda qrup mərhələsinin oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün daha 3 matç oynanılacaq.

E qrupunun ilk oyununda İsveçrə və Ekvador yığmaları üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qrupunda digər oyununda Fransa Cənubi Amerika təmsilçisi  Honduras millisi  münasibətlərinə aydınlıq gətirəcək. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 00:00-da veriləcək.

Gecə saatlarında isə F qrupunun ilk görüşündə Argentina millisi Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq.

15 iyun

E qrupu


 21:00. İsveçrə-Ekvador 2:1
Qollar: Mehmedi, 48, Seferoviç, 90+3 - Valensia, 22

00:00. Fransa - Honduras 3:0
Qol: Benzema,44 (p), 72,  Valladares,48 (ö.q)

F qrupu
03:00. Argentina - Bosniya və Herseqovina 2:1
Qol: Kolezinak,3, (ö.q), Messi,65 - İbişeviç,85

Xəbər xətti