"Növbəti mövsüm azarkeşlər tam başqa "Xəzər Lənkəran" görəcəklər"

13:22 - 17 İyun 2014

Uğur Pamuk: "Hər şey sıfırdan başlayır"
 
"Yenidən "Xəzər Lənkəran"a qayıdıram və hər şey təzədən başlayır. Özümü təlim-məşq toplanışına hazır hiss edirəm. Hazırda Antalyada istirahətdə olsam da, fərdi məşqlərimi edirəm. Ötən çempionatın sonlarında "Neftçi" ilə matçda zədələnmişdim və bu zədədən sonra heç nə edə bilmirdim. Amma indi hər şey qaydasındadır və tam hazıram".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın futbolçusu Uğur Pamuk bildirib. O, komandada özünü yaxşı tərəfdən göstərmək istədiyini də dilə gətirib:
 
"Hər şey sıfırdan başlayır, çalışacam ki, təlim-məşq toplanışlarında özümü yaxşı tərəfdən göstərib baş məşqçinin rəğbətini qazanım".
 
Uğur cənub təmsilçisinin növbəti mövsüm hədəfləri haqda da danışdı:
 
"İki uğursuz mövsüm geridə qaldı. Bu il azarkeşlər tam başqa "Xəzər Lənkəran" görəcəklər, daha güclü və daha yaxşı".

Xəbər xətti