Klubun idarə heyətindən maraqlı addım
Dünən Türkiyə futbolunda maraqlı hadisə yaşanıb.
Sportal.az xəbər verir ki, "Qalatasaray" klubunun idarə heyətinin üzvləri klub prezidenti Ünal Aysala məktub göndəriblər. Bu məktubda komandanın boş qalmış baş məşqçi postuna ən real namizəd Mustafa Dənizlinin olduğu bildirilib. Ünal Aysal da buna cavab olaraq, "bu namizəd haqda da ciddi fikirləşəcəm" deyib.
Qeyd edək ki, Mustafa Dənizli "Xəzər Lənkəran"dan arılandan sonra işsizdir.
saytlarin hazirlanmasi