"Oğuz Çətinə inamım böyükdür" MÜSAHİBƏ

13:06 - 19 İyun 2014

Skarlatake: " Hədəfimiz çox sadədir – qızıl dubl"
 
"Xəzər Lənkəran"ın müdafiəçisi Adrian Skarlatakenin Sportal.az-a müsahibəsi
 
-    “Xəzər Lənkəran”ın yeni baş məşqçisi Oğuz Çətin oldu..
-    Bilirəm, tətilə yollanmamışdan əvvəl bizə bu barədə demişdilər, lakin məsələ onda tam dəqiqləşməmişdi. Sonra isə rəsmi xəbəri oxudum.

-    Komanda Oğuz Çətinlə uğur qazana biləcək?
-    Bəli, ötən mövsümün son oyunlarına Oğuz Çətinin rəhbərliyi altında çıxdıq və bütün oyunlarda qalib gəldik. Mənim ona inamım böyükdür və əminəm ki, növbəti mövsüm yaxşı nəticələr göstərəcək.

-    Bəzən deyilirdi ki, sabiq baş məşqçi Mustafa Dənizli futbolçulara qarşı çox sərt olurdu..
-    Məncə, belə olması normaldır, axı biz pis nəticələr əldə edirdik. İndi onun haqda danışmaq çətindir, çünki Dənizli ilə yaxşı əlaqələrim var.

-    Yay fasiləsində Rəşad Sadiqov komandaya transfer oldu, Rauf Əliyev isə komandaya keçməyə çox yaxındır. Səncə, bu transferlər komanda üçün xeyirli olacaq?
-    Əlbəttə, onların hər ikis milli komandanın üzvləridir və komanda üçün xeyirli olacaq. Çünki ötən mövsüm bizdə yerli futbolçuların sayı ilə bağlı problemlər var idi. Ümid edirəm hər iki futbolçu növbəti mövsümdən bizim heyətdə olacaq və bizə kömək edəcəklər.

-    2 ardıcıl uğursuz mövsüm geridə qaldı. Növbəti mövsüm üçün hədəflər nədir?
-    Hədəfimiz çox sadədir – qızıl dubl. Yəni həm çempion, həm də kubokun qalibi olmaq istəyirik. İki uğursuz mövsüm kifayətdir. Biz özümə inammalıyıq ki, yaxşı nəticə əldə edək və növbəti mövsüm bunu edəcəyimizə də əminəm.

Xəbər xətti