Bunlar mərakeşli Zohair Benuahi, braziliyalılar - Elias Ribeyro de Oliveyra ilə Nildo Fransa Junior və xorvatiyalı Vyekoslav Tomiçdir. Artıq Çətin bu 4 futbolçunun adını klub rəhbərliyinə təqdim edib. İndi klub bu oyunçularla müqavilələri qarşılıqlı razılıq əsasında pozmağa çalışır.
Qeyd edək ki, bu futbolçulardan Benuahini razı salmaq çətin olmayacaq. Çünki mərakeşli oyun qurucusu dəfələrlə saytımıza ailə vəziyyətinə görə ölkəsində oynamaq istədiyini bildirib.