Məsələ burasındadır ki, Ramos “Neftçi”də icarə əsasında çıxış edirdi. Müqavilə ilə “Rubio” klubuna məxsus olan Erikin gəlməyəcəyi ilə barışdıqları vaxtda sürpriz bir məsələyə ortaya çıxıb.
Belə ki, Erikə görə yüksək məbləğ tələb edən “Rubio” yola gəlib. Futbol11.az saytının özəl xəbərinə görə, Erik-“Rubio” və “Neftçi” triosu arasında razılıq əldə olunub.
Erikin yenidən “Neftçi”də karyerasını davam etdirməsinə qərar verilib. Təsadüfi deyil ki, Erik sabah, maksimum istirahət günü “Neftçi”nin düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, Erik “Neftçi”nin aparıcı oyunçularından biridir.