"Bu məsələni yeni baş məşqçi ilə hələlik müzakirə etməmişik"
Bu mövsüm "Qəbələ" ilə müqavilələri başa çatan Daniyel Subotiç və Rail Məlikovla hələlik yeni müqavilə imzalanmayıb.
Bu məsələyə klubun menceri Səbuhi Səfiyarlı Sportal.az-a açıqlamasında aydınlıq gətirib:
"Daniyel Subotiç iyunun 16-sı komandaya qoşulmalı idi, lakin anasının vəziyyəti çox ağır olduğuna görə Sloveniyaya gedə bilmədi. Yeni baş məşqçi də belə məqamda ona ailəsinin yanında qalmağı məsləhət görüb. Hazırda futbol Subotiç üçün ikinci plandadır. Lakin o, bizə söz verib ki, gec də olsa gəlib komandaya qoşulacaq.
Rail Məlikov da şəxsi problemləri olduğu üçün komandaya qoşulmayıb. Biz ona yeni baş məşqçi gəlməmişdən qabaq müqavilə təklif etmişdik. Lakin hələlik bu barədə yeni baş məşqçi ilə söhbətimiz olmayıb. Bu məsələ hələ ki, açıq qalır"
saytlarin hazirlanmasi