Futbolumuzda "Vətən" müəmması

16:45 - 20 İyun 2014

Komandaya kim rəhbərlik edir?
 
Bu gün AZAL-ın rəsmi saytında komandanın əvəzedici heyətinin  növbəti mövsümdə I divizionda mübarizə aparacaq "Vətən"i 4:0 hesabı ilə bağlı məlumat yayılıb. Lakin Sportal.az-a daxil olan informasiyaya görə, həmin "Vətən"in baş məşqçisi Bəhram Şahquliyevdir və o da hazırda rayonda istirahətdədir. Bunu Şahquliyevin özü saytımıza açıqlamasında təsdiqləyib:
 
"Hal-hazırda istirahətdəyəm. Belə bir oyunun olmasından xəbərim yoxdur. Komandanın baş məşqçisi olub-olmayacağımı da zaman göstərəcək. Xəbərim yoxdur ki, dünən komandanı oyuna kim çıxarıb".
 
Lakin sonra araşdırmalarımız nəticəsində məlum oldu ki, məhz I Divizionda mübarizə aparacaq "Vətən"i oyuna "Vətən" UGİM məşqçilərindən olan Yaşar Abdulov çıxarıb. Hətta "Vətən"in heyətində qaradərili futbolçular da iştirak edib.
 
Bəhram Şahquliyevlə sözdə razılığa gəlib, ancaq rəsmi müqavilə olmadığına görə, mütəxəssis hələlik komandanın başına keçməyib.

Xəbər xətti