"Slavik Alxasov tam sərbəst futbolçudur"
"Neftçi" ötən günlərdə rəsmi saytında gənc futbolçu Slavik Alxasovun transferin hüququnun onlara məxsus olduğu barədə bir məlumat yaymışdı.
Lakin Alxasovun meneceri Tural Əsgərov Sportal.az-a açıqlamsında bütün bu məlumatların əsassız olduğunu, hazırda Slavikin tam azad futbolçu olduğunu dilə gətirib:
"İlk növbədə onu bildirim ki, hazırda Slavik Alxasov tam sərbəst futbolçudur. Əsassız sürətdə “Neftçi” iddia edir ki, Slavik Alxasov onlara məxsusdur. Bugünə kimi də, nə bizə, nə də açıqlama verdiyi heç bir mətbuat orqanlarına sübut ortaya qoymayıblar. “Neftçi”nin dəlil hesab etdiyi tək şey, onlar Slaviki “Xəzər Lənkəran”a verəndə, guya o zaman “Neftçi” “Xəzər Lənkəran”la razılaşıb ki, Slavik bir gün sizə lazım olmasa, onu bizə qaytaracaqsınız. Bu, AFFA, FİFA və bütün futbol qaydalarına zidd bir şeydir. Futbolda futbolçunu hədiyyə vermək deyilən bir şey yoxdur. Hətta futbolçunu icarəyə verəndə belə bu futbolçunun razılığı əsasında olmalıdır. Qış fasiləsində Slavik “Xəzər Lənkəran”a keçəndə “Neftçi” bu keçidə etiraz etmədikdən sonra, Slavik “Xəzər Lənkəran”la öz şərtlərini razılaşdırıb sonra müqavilə imzalamışdı. İndi baş məşqçi Oğuz Çətin Slavikin xidmətindən imtina etdikdən sonra, onlar bizə bildirdilər ki, Slavikin xidmətində “Neftçi” maraqlıdır. Amma “Neftçi” ilə razılıq əldə olunmadı, Slavikin bundan 6 ay öncə “Neftçi” ilə müqaviləsini qarşılıqlı şəkildə pozub. “Neftçi” tərəfi də indi bu müqaviləni yenidən qüvvəyə mindirmək istəyir. Biz də buna qəti şəkildə etiraz etdik və bundan sonra da “Xəzər Lənkəran”la qarşılıqlı şəkildə müqavilə pozulub.
"Neftçi" Slavikin başqa komandaya keçməsinə problem yaratmağa çalışır. Sadəcə, onlar öz nüfuzundan istifadə edərək Slavikin onlara məxsus olduğunu bildirərək mətbuatda əsassız açıqlamalar verir. Bir cümlə ilə, klubları bu transferdən yayındırmağa çalışır. Bir daha bildirirəm ki, Slavik Alxasov tam sərbəst futbolçudur. “Neftçi”nin əlində sübutu olmadığından, ancaq futbolçunun transferinə mane olmağa çalışır. Hətta bəzi açıqlamalar verirlər ki, “Slavik futbol oynamaq istəyirsə, “Neftçi”yə qayıtmalıdır”. Bu açıqlamalarla futbolçunu qorxutmağa çalışır, bu da bir növ şantaja bənzəyir. Biz bunula bağlı AFFA-nın Futbolçular və onların keçidi komitəsinə müraciət eləmişik , onlar da 7 iş günü ərzində bizə cavab versinlər. Onlardan tələb etmişik ki, Alxasovun sərbəst futbolçu olduğunu təsdiqləsinlər və bundan sonra da “Neftçi”dən açıqlamaları aradan qaldırmağı tələb edəcəyik. Əgər bu da olmasa, növbəti stansiya olaraq FİFA-ya müraciət edəcəyik. Birmənalı olaraq, bu məsələnin axırına kimi gedəcəyik. Bu məsələdə qanunlara qarşı gedilməyəcək. “Neftçi” böyük qalmaqal istəyiriksə, buyursunlar. Biz qalmaqal istəmirik. “Neftçi” ayrı vaxt deyir ki, “bizdə oynaman futbolçu bizə lazım deyil”, amma bu gün Slavikin arxasında elə düşüblər ki, “Barselona” Messi ilə müqavilə uzatmaqda bu qədər maraqlı deyil".
saytlarin hazirlanmasi