"Fənərbaxça"nın sabiq futbolçusu "Xəzər Lənkəran"a keçə bilər

00:01 - 22 İyun 2014

Oğuz Çətin Semih Şentürkü komandaya gətirir
 
"Xəzər Lənkəran"  "Antalyaspor"la müqaviləsi başa çatan Semih Şentürkü heyətinə cəlb etməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Bildirilir ki, Lənkəran təmsilçisinin yeni baş məşqçisi Oğuz Çetin hücumçunu komandasında görmək istəyir. Klub rəhbərliyinin millinin sabiq üzvünə illik 1.5 milyon avro qazanacağı 1+1 sistemi ilə təklif göndərəcəyi iddia edilib.

Hazırda istirahətdə olan S.Sentürkün  futbolçu karyerasını Azərbaycanda və ya öz ölkəsində davam etdirməsi ilə qərarı istirahətdən qayıtdıqdan sonra verəcək.


 

Xəbər xətti