Milinko Pantiçlə yola davam!
Bir neçə gün öncə "Bakı" klubunun prezidenti Hafiz Məmmədovun klub rəhbərliyi ilə iclas keçirəcəyi ilə bağlı özəl məlumat vermişdik.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, artıq həmin iclas baş tutub və iclasda müzakirə edilən mövzuları ilk dəfə sizlərə çatıdırırıq.
Klub prezidenti Hafiz Məmmədov və vitse-prezidenti Yaşar Seyidov arasında baş tutan görüşdə ilk olaraq baş məşqçi Milinko Pantiçin komandadakı taleyinə aydınlıq gəlib və onunla növbəti mövsümdə yola davam edilmə qərarı alınıb.
Digər bir məsələ, növbəti mövsüm çempionatın gec başladığına görə, komanda iyunun 25-i yox, 27-də klub prezidentinin rəhbərliyi altında bir araya gələcək.
Növbəti qərar isə komandanın strategiyasını dəyişməsi ilə bağlıdır. Yəni, "Bakı" kıubu növbəti mövsüm əsas üstünlüyü öz akademiyasından yetişən futbolçulara verəcək, artıq bununla bağlı seleksiya xarakterli məşq də keçirilib. Yəni, "Bakı" klubu indidən sonra əsas heyətdə gənc futbolçulara yer verəcək.
saytlarin hazirlanmasi