"Bakı" daha bir gənc futbolçunu heyətinə qatır?
Son günlər mətbuatda yayılan xəbərlərə görə, "Bakı" Slavik Alxasovu öz heyətinə qatmaq istəyir.
Bu məsələni aydınlaşdırmaq üçün klubun vitse-prezidenti Yaşar Seyidovla əlaqə saxladıq və o, Sportal.az-a açıqlamasında bu məsələyə münasibət bildirib:
"Biz bu barədə hələlik "Neftçi"yə müraciət etməmişik. Əgər baş məşqçimiz Milinko Pantiç Alxasovu transfer etmək istəsə, bu zaman "Neftçi"yə müraciət edəcəyik".
Seyidov bəzi gənc futbolçuların indidən menecerlərlə işləməsinin əleyhinə olduğunu da dilə gətirib:
"Bizdə də bəzi gənc futbolçular indidən menecerlərlə işləməyə can atırlar. Lakin biz bunu qəbul etmirik, ona görə menecerə yox, "Neftçi"yə müraciət edəcəyik".
saytlarin hazirlanmasi