"Qarabağ"ın ÇL-də Malta təmsilçisi ilə qarşılaşacaq YENİLƏNİB

15:21 - 23 İyun 2014

Ağdam təmsliçisinin rəqibi məlum oldu
 
Bu gün Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.

Sportal.az xəbər verir ki,  İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayıb və 17:30-a dək davam edəcək.

ÇL-dəki təmsilçimiz son çempion  "Qarabağ”ın  II təsnifat mərhələsindəki rəqibi də bu gün məlum olub.

Aktivində 7,575 xal olan Ağdam təmsilçisi püşk zamanı səpələnmişlər səbətində yer alacaq ki, bu da ilk dəfə ÇL-da iştirak edəcək Qurban Qurbanovun komandasının nisbətən zəif rəqiblə qarşılaşmasına şərait yaradacaq.

Artıq Ağdam təmsilçisinin beş potensial rəqibi bəllidir. UEFA-nın saytının yaydığı xəbərə görə, bunlar "Düdelanj" (Lüksemburq), "Stromsqodset" (Norveç), "Sent Patriks" (İrlandiya),"Rabotniçki" (Makedoniya), "Valletta" (Malta) və "Jalgiris"dir (Litva). Məhz bu beş komandadan biri Azərbaycan çempionunun ikinci təsnifat mərhələsindəki rəqibi olacaq.
 
"Qarabağ"ın rəqibi Maltanın "Valetta" komandası oldu.

Qeyd edək ki, birinci təsnifat məhələsində ilk oyunlar  15-16 iyul, ikinci təsnifat məthələsində isə 22-23 iyulda keçirləcək.

Xəbər xətti