"İnter", "Qəbələ" və "Neftçi"nin rəqibləri məlum oldu YENİLƏNİB

17:42 - 23 İyun 2014

Təmsilçilərimizin rəqibləri məlum olacaq
 
Bu gün Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçiriləcək.

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Son mövsümün  gümüş mükafatçısı “İnter” və bürünc mükafatçısı "Qəbələ”nin I təsnifat mərhələsindəki rəqibləri məlum olacaq.
"İnter" səpələnimşlər sırasında qərarlaşıb və daha zəif rəqiblə qarşılaşacaq, "Qəbələ" isə səpələnməmişlər" səbətində yer alıb, bu da əyalət təmsilçisinin daha güclü komanda ilə qarşılaşacağına işarədir.

Artıq "İnter" və "Qəbələ"nin  rəqibləri müəyyənləşib.

  "Tİraspol" (Moldova)
- "İnter"

"Qəbələ" - "Şiroki Brieq" (Bosniya və Herseqovina)
 
Mübarizəyə II mərhələdən qoşulan "Neftçi"nin rəqibi isə az öncə bilinib.
 
"Neftçi" "Koper" (Sloveniya) - "Çelik" (Çernoqoriya) cütlüyünün qalibi ilə qarşılaşacaq.
 
Artıq II təsnifat mərhələsində hər üç klubumuzun mümkün rəqibləri müəyyənləşib.


"Neftçi" - "Koper" (Sloveniya) - "Çelik" (Monteneqro)

"Elfsborq" (İsveç) - "Tiraspol" (Moldova) / "İnter" (Azərbaycan)

"Mlada Boleslav" (Çexiya) - "Qəbələ" (Azərbaycan) / "Şiroki Brieq" (Bosniya və Herseqovina)

Xəbər xətti