"Qarabağ"ın vitse-kapitanı püşkü dəyərləndirdi, DÇ-ni misal göstərdi

15:50 - 23 İyun 2014

"Xəzər Lənkəran" keçən il Malta təmsilçisini çətinliklə keçdi"
 
"Qarabağ" ÇL-in II təsnifat mərhələsində Maltanın "Valetta" komandası ilə qarşılaşacaq.
 
Komandanın vitse-kapitanı Namiq Yusifov bu püşkü Sportal.az-a açıqlamasında belə dəyərləndirib:
 
"Düzü, rəqib haqda elə də məlumatım yoxdur, amma bir neçə videosuna baxdım, yaxşı rəqibdir, futbolçuların çoxu milli komandada forma geyinir. Çünki Çempionlar Liqasında elə-belə komanda olmur. Yaxın günlərdə rəqibimizin oyunlarını izləyib informasiya əldə edəcəyik. Hazırda keçirilən dünya çempionatı da sübut etdi ki, zəif komanda yoxdur, burada güclü saydığımız komandalar bir bir qrupda qalır".
 
Yusifov təcrübəli mütəxəssis Yunis Hüseynovun "Qarabağ" bu mərhələni yüz faiz keçəcək" açıqlamasına da münasibət bildirib:
 
"Təki elə olsun. Amma futbol gündən-günə inkişaf edir və Malta millisi və futbolu da belədir. "Xəzər Lənkəran" keçən il Malta təmsilçisini çətinliklə keçdi. Gəlin indidən tələsməyək, vaxt hər şeyi göstərəcək".

Xəbər xətti