Gündüz Abbaszadə püşkü dəyərləndirdi
Bu gün keçirilən püşkatma mərasimində Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin cütlükləri müəyyənləşib. Son Azərbaycan çempionu "Qarabağ" ikinci təsnifat mərhələsində Maltanın "Valetta" klubu ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, "Neftçı" futbol klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə püşkü öz "Facebook" səhfəsində belə dəyərləndirib:
"Qarabağ"ın ÇL-da rəqibi məlum oldu. Bir anlıq ötən ili xatırladım. Püşkatmadan sonra hamı bizi təbrik edirdi. İndi eyni ssenari təkrarlanır. Dostlar, "Qarabağ" "Valletta"nı keçməlidir. Amma, ictimaiyyətin indidən qələbə qazanılıbmış kimi düşünməməsi gərəkdir. "Qarabağ"a səmimi qəlbdən uğurlar arzu edirəm. Diqqətli olun, yazılarımızda TV-dəki çıxışlarımız da arxayınlaşmaq olmaz. Bu komandaya da təsir edir. Həm də ona görə deyirəm ki, "keçməyə borcludur"u tez-tez xatırladıb, futbolçuları, eləcə də Qurban Qurbanovu təzyiq altında saxlamayın. Borclu olduqlarını futbolçular da anlayır. Ümid edirəm, bu mövsüm Azərbaycan klub futbolu tarixinə keçər... Uğurlar, "Qarabağ”! "
saytlarin hazirlanmasi