"İnter"in kapitanı : "Tiraspol" haqda yadımda qalan o olub ki..." MÜSAHİBƏ

16:43 - 23 İyun 2014

"Bu hardasa, bizim üçün üstünlük ola bilər"
 
"İnter"in Avroliqanın I təsnifat mərhələsində rəqibi Moldova "Tiraspol"u oldu.
 
"İnter"in kapitanı Asif Məmmədov püşkatmanı Sportal.az-a verdiyi müsahibədə dəyərləndirdi:
 
- Rəqibiniz Moldovanın "Tiraspol" komandası oldu.
- Mən bu rəqibə qarşı 2006-cı ildə oynamışam. Düzdür, həmin vaxtdan xeyli müddət keçib. Amma yadımda qalan o olub ki, cavan komanda idi, yaxşı futbol oynayırdılar. Fikrimcə, güclü rəqiblə qarşılaşacağıq.
 
- Deyə bilərik mi, əvvəlcədən məlum olan 5 potensial rəqibdən ən çətini "İnter"ə düşdü?
- Bəli, mən də elə fikirləşirəm.
 
- Cütün favoriti kimi sayırsan?
- İndidən nəysə demək mümkün deyil, iyulun 10-u hər şey məlum olacaq.
 
- İlk oyun səfərdə baş tutacaq. Bunu sizin üçün avantaj saymaq olar?
- Hardasa, bu üstünlük ola bilər. Amma unutmayaq ki, qalib iki oyundan sonra müəyyənləşir.

Xəbər xətti