"Rəqiblərə belə yanaşsaq, klublarımız istədikləri məqsədlərə çata bilməzlər"

18:57 - 23 İyun 2014

Əməkdar məşqçi Avropa Liqasının püşkünü dəyərləndirdi

 

Bu gün Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib. "Tİraspol" (Moldova) - "İnter" ilə, "Qəbələ" - "Şiroki Brieq" (Bosniya və Herseqovina) ilə "Neftçi" "Koper" (Sloveniya) - "Çelik" (Çernoqoriya) cütlüyünün qalibi ilə qarşılaşacaq.

 

Təcrübəli mütəxəssis Ağasəlim Mircavadov bu püşkü Sportal.az-a açıqlamasında dəyərləndirib:

 

“Hər 3 rəqibə normal yanaşmaq lazımdır. Elə düşünməyək ki, rəqiblər zəifdi.  Rəqiblərə belə yanaşsaq klublarımız istədikləri məqsədlərə çata bilməzlər. Fikir verin, “Şiroki Briyeq” (Bosniya-Hersoqovina)təmsil etdiyi ölkənin yığma komandası hardadı. Bosniya-Hersoqovina hazırda dünya çümpionatının final mərhələsində mübarizə aparır. Malta millisi də seçmə mərhələdə ən azı 6-7 xal yığıb. Moldova təmsilçilərinin isə avrokuboklarda uğurlu çıxışların da dəfələrlə müşahidə etmişik. Ona görədə demək olmaz ki, bunları asanlıqla keçə biləcəyik. "Valetta" Maltya çempionatının qalibidir, hər halda  güclü olmasaydı turnirin iştirakçısı olmazdı. Eyniliklə bu sözləri "Şiroki Briyeq" və "Tiraspol" (Moldova) klublarına da aid etmək olar. Bir neçə il bundan əvvəl mənim başçılığım altında “Neftçi” “Şiroki Briyeq”  qarsı oynayıb. Bosniya-Hersoqavinada güclü azarkeş dəstəyidə var. Buna baxmayaraq ilkin mərhələni "Neftçi" keçdi. Düzdü, o vaxtdan xeyli müddət keçsə də “Şiroki Briyeq” əksər hallarda avrokuboklara qatılan komandadı. Əslində avrokuboklara gedəcək komandalarımızın hazırlıq prosesindən çox şey asılıdı. Bizdə nəsə transfer siyasəti düzgün aparılmır. Ümumiyyətlə, mən futbolçunun baxışa gəlməsinin əlehinəyəm. Yaxşı olar di ki, komandalarımız qış fasiləsində zəif nöqtələrini gücləndirməyə çalışsınlar. Həmin futbolçular da o vaxta qədər izlənilsin. İstənilən halda yay fasiləsində komandaya qoşulan yeni oyunçu oyun üslubuna uyğunlaşmaya bilər, buda komandalarımızın əlehinə işləyir. Ümumilikdə avrokuboklara qatılacaq komandalarımızın rəqibləri müəyyən gücə sahibdilər. Belə baxanda təmsilçilərimizin növbəti mərhələyə keçməsi mümkün görünür. Bu da o halda baş verə bilər ki, komandalarımız qarşılarına hansı məqsədlər qoyacaq. Yenə təkrar edirəm, hazırlıq mərhələsindən və komandalarımızın özlərinə inamlarından çox şey aslıdı. "Neftçi" isə növbəti mərhələdə "Koper" (Sloveniya) - "Çelik" (Çernoqoriya) cütünün qalibi ilə qarşılaşacaq. Hər halda ilkin mərhələdə bu komandaların üzə-üzə gəlməsi "Neftçi" üçün  avantajdı. Çünki artıq "Neftçi" rəqiblərin hansı gücə malik olduğunu yaxşı biləcək və bu istiqamətdə oyuna hazırlaşacaq. Əslində bu rəqiblər bir-birilərinin oyun üslublarına görə yaxındılar. Cütün favoriti isə Sloveniya təmsilçisi ehtimal olunur.  İlk qarşılaşmadan sonra komandaların necə təsir bağışlayacağı görünəcək."

Xəbər xətti