Sportal.az xəbər verir ki, Ağdam klubu "cırtdan" ölkə təmsilçisini keçəcəyi halda üçüncü təsnifat mərhələsində aşağıdakı rəqiblərin biri ilə qarşılaşacaq.
"Qarabağ"ın potensial rəqibləri.
APOEL (Kipr), Zalsburq (Avstriya), eləcə də Stromsqodset (Norveç) - Styaua (Rumıniya), BATE (Belarus) - Skenderbeu (Albaniya), Sparta (Çexiya) - La Fiorita (San Marino)/Levadiya (Estoniya), Ludoqorets (Bolqarıstan) - Düdelanj (Lüksemburq), Makkabi (Təl-Əviv, İsrail) - Santa-Koloma (Andorra)/Banants (Ermənistan), Şerif (Moldova) - Sutyeska (Monteneqro) cütlərinin qalibləri.
Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin püşkatması iyulun 18-də Nyonda keçiriləcək.